İŞİD Kərkükə kimyəvi silahla hücum etdi

İŞİD terror qruplaşmasının İraqın şimalında Kərkükün cənubuna kimyəvi silahla hücumunda bir neçə nəfər xəsarət alıb.
 
Maide.Az  bildirir ki, İŞİD terrorçularının ötən gecə Kərkükün əl-Bəşir kəndinə hücumunda kürd peşmərgə qüvvələrindən bir neçə nəfər xəsarət alıb.
Bu hücumda terrorçular xlor qazından istifadə ediblər. Nəticədə bir neçə peşmərgə boğulma ilə üzləşib.
Əl-Bəşir kəndi bundan öncə də İŞİD-in kimyəvi silahla hücumuna məruz qalmışdı.
 
İraqdan əldə olunan digər məlumata görə, İraqın Müştərək Əməliyyat Komandanlığı bildirib ki, ötən sutka ərzində ölkənin müxtəlif bölgələrində İŞİD-in mövqelərinə qarşı 57 hərbi hava hücumu həyata keçirilib.
 
Səlahəddinin və əl-Anbar vilayətlərinin müxtəlif bölgələrində həyata keçirilən bu əməliyyatlarda İŞİD terror qruplaşmasına məxsus 10 raket bazası, bir çox silah-sursat məhv edilib. Həmçinin 50-dən çox terrorçu öldürülüb.
 
İraq 2014-cü il iyun ayından İŞİD terror qruplaşmasının şimal və qərbdə bir sıra bölgələri işğal etməsi ilə böhranla üzləşmişdir. Bu terror qruplaşması bu müddət ərzində saysız cinayətlər törətmişdir.
 

Google+ WhatsApp ok.ru