Düşmən DSX-nın hərbi yardım maşınını atəşə tutub 29 İyul 2019 15:46 Hərb Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir. Maide.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. İyul 28-də saat 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub. Düşmən snayperləri tərəfindən açılan güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılan və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub. Teqlər : #Düşmən,#DSXnın,#hərbi,#yardım,#maşınını,#atəşə,#tutub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzaya düşən pilotumuzun görüntüləri yayıldı Bu gündən Azərbaycan və Türkiyənin birgə taktiki-uçuş təlimləri başlayır
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'