İŞİD Mosulda 300 iraqlını edam edib

Maide.az-ın məlumatına görə, İŞİD terrorçuları ötən bir neçə gündə Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərində İraq ordusunun 300 sabiq zabiti və polis məmurunu edam ediblər. 
 
Əl-Nücəyfi Mosulun qərbində Tələfər məntəqəsində qəbilələrin rəhbərləri ilə görüşdükdən sonra mətbuat konfransında bildirib ki, İŞİD ünsürləri ötən il iyul ayında Neynəva vilayətinə hücuma başladıqdan və Mosul şəhərini işğal etdikdən sonra çoxlu cinayətlər törədiblər və son cinayətlərindən birində yüzlərlə polis məmuru və sabiq ordu zabitini Mosulda edam ediblər. 
 
Əl-Nücəyfi əlavə edib: "Hökumət ölkədə nizam-intizamlı hərbi bölmə təşkil etmək və onu modern silahlarla təchizatlandırmaq üzrə prosesi həyata keçirir." 
 
İraq baş naziri Heydər əl-İbadi 10 gün öncə Kürdüstan məntəqəsinin rəhbəri Məsud Barizani ilə Ərbil şəhərində görüşdə Neynəva vilayəti, xüsusilə də Mosul şəhərinin İŞİD-in işğalından azad edilməsi üçün ordu ilə peşmərgə qüvvələrinin əməkdaşlğının möhkəmləndirilməsi yolları barəsində razılıq əldə edib. 
 
İraq Müdafiə Nazirliyi bildirib: İraq ordusunun qırıcı təyyarələri əl-Anbar vilayətinin qərbində İŞİD ünsürlərinin mövqelərini hədəfə alıb. Hücum ən azı 40 İŞİD-çinin öldürülməsi ilə nəticələnib. 
 
İraq Müdafiə Nazirliyi əlavə edib: Koalisiya qırıcı təyyarələri Mosulun şimalında İŞİD üzvlərini bir karvanını hədəfə alıblar. Bu hücumda da 20 terrorçu öldürülüb. 
 
İraq Müdafiə Nazirlyiini bildirdiyinə görə, təhlükəsizlik qüvvələri xalq müqavimət qruplarının dəstəyi ilə Bici şəhər komandanlığı binasını İŞİD-in işğalından azad edə və binanın ətrafındakı məntəqələri terrorçulardan təmizləyə biliblər. 
 
Əl-Anbar vilayətinin İraq parlamentindəki nümayəndəsi də bildirib: İŞİD terror qruplaşması ötən bir neçə gündə əl-Anbar vilayətində Əlbu Məhəll, əl-Kərabələ, əl-Salman, Əlbu Übeyd və əl-Ravin köçərilərindən 300 nəfərin başını kəsib. 
 
Adil Xəmis əl-Məhlavi İraq dövləti və xalq könüllü qüvvələrinin komandanlarından bu vilayət sakinlərini dövrün xəvariclərinin caynağından xilas etməyə çağırıb.

Google+ WhatsApp ok.ru