İŞİD Mosuldak daşınmaz əmlakı İsrailli iş adamlarına satır

Maide.az xəbər verir ki, İraq mediası son günlər Mosulda İsrailli iş adamlarının artdığını və şəhərdəki daşınmaz əmlakları satın aldıqlarını yazır.
 
Mosulun tanınmış simalarından olan Əhməd Səlim məsələ ilə bağlı belə deyib: "Son iki həftə ərzində Mosuldakı bəzi binalar və sahələr ibranicə danışan insanlara əsrarəngiz şəkildə satılıb."
 
"Eremnews" xəbər kanalına açıqlama verən Əbu Hayri adlı dəllal isə belə danışıb: "Maraqlı olan məsələ budur: İbranicə danışan iş adamları məhz İraq dövlətinin Mosulda əmlak satışının qanuni olmadığını bildirdiyi bu günlərdə mənzil və torpaq satın alır. Bu iş adamları İŞİD-in dəstəyi ilə Mosula daxil olublar və rahat şəkildə dolaşırlar. Əmlak satın almaq məsələsində də çox yüksk qiymətlər ödəyirlər."
 
Şəhər sakinlərindən olan Sina Hiyali isə belə deyib: "Bir neçə gün əvvəl mənə şəhərə bir sıra iş adamlarının gəldiyini və əmlak satın aldıqlarını söylədilər. Mən onlarla görüşdüm və evimi satmaq istədiyimi dedim. 100 milyon İraq dinarı dəyərində evimə 200 milyon İraq dinarı verməyi təklif etdilər. Mən də evimi onlara satıb Bağdada gəldim."

Google+ WhatsApp ok.ru