DİM yeni modelə uyğun sınaq imtahanı keçirəcək 05 Fevral 2020 11:31 Xəbərlər Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da yeni qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, sınaq imtahanına qeydiyyat 10 fevral saat 11:00-dək aparılacaq. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Cəlilabad, Masallı şəhərlərində təşkil olunacaq. Qeyd edək ki, abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Teqlər : #DİM,#yeni,#modelə,#uyğun,#sınaq,#imtahanı,#keçirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nensi Pelosi Trampın çıxışından sonra onun çıxışının mətnini cırıb ABŞ dünyanı şantaj etməyə hazırlaşır - KİV