Nensi Pelosi Trampın çıxışından sonra onun çıxışının mətnini cırıb

Nensi Pelosi Trampın çıxışından sonra onun çıxışının mətnini cırıb

Pelosi Trampın Konqresdəki çıxışından sonra onun çıxışının mətnini nümayişkaranə şəkildə cırıb
 
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ Prezidenti Donald Trampın ABŞ Konqresindəki “Ölkənin vəziyyəti haqqında” illik müraciəti ilə etdiyi nitqdən sonra onun çıxışının mətnini nümayişkaranə şəkildə cırıb.
 
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, Tramp çıxışının bir nüsxəsini nitqindən bir neçə dəqiqə əvvəl Pelosiyə təhvil verib.
 
Bu vaxt spiker prezidentə əl uzatsa da, prezident onun əlini sıxmayıb və geri çevrilərək tribunadakı yerini tutub. Öz növbəsində Pelosi bir neçə dəqiqə sonra Trampı millət vəkillərinə təqdim edərək, quru şəkildə deyib: “Konqres üzvləri, ABŞ Prezidenti”. Tramp da bunun cavabında “prezidenti təmsil etməyin böyük şərəf və imtiyaz” olmasını ifadə edən ənənəvi sözləri işlətməyib.
 
Tramp nitqini başa çatdırdıqdan sonra onun arxasında olan Pelosi sənədləri masadan götürərək cırıb.
 
“Mümkün alternativləri nəzərə alsaq, bu, yerinədüşən oldu”, - deyə N.Pelosi sonradan jurnalistlərə hərəkətlərinin səbəbini izah edərkən bildirib.
 

Google+ WhatsApp ok.ru