DİN: Bakı sakini evində döyülərək öldürülüb

Daxili İşlər Nazirliyi Bakının Nizami rayonunda törədilən qətllə bağlı məlumat yayıb.
 
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 7-də Bakı şəhər sakini Fərid Abbasovun üzərində zorakılıq əlamətləri (döyülmə üçün xarakterik olan) və qolları bağlı vəziyyətdə olan meyiti paytaxtın Nizami rayonunun M.Rüstəmov küçəsindəki evində tapılıb. Nizami Rasyon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Google+ WhatsApp ok.ru