DİN-in Baş İdarəsində qadın öldü 06 Yanvar 2016 02:00 Hadisə Yanvarın 6-da səhər saatlarında Daxili İşlər Nazirliyinin Təchizat İdarəsində ölüm hadisəsi baş verib. Şahidlərin APA-ya dediyinə görə, 45 yaşlı Təranə Cəfərova binadan düşərək ölüb. Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən faktı təsdiqləyiblər. Bildirilib ki, həlak olan Təranə Cəfərova Təchizat İdarəsində xadimə işləyib. Onun binanın pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılaraq öldüyü güman edilir. Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Təchizat İdarəsi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə eyni binada yerləşir. / Teqlər : #DİNin Baş İdarəsində qadın öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda qətlə yetirilən məşhur qızıl dükanının sahibəsinin evindən külli miqdarda pul və zinət əşyaları aparılıb Azərbaycanda 3 nəfər dəm qazından, 2 nəfər isə donvurmadan öldü