Dünən Bakıda 13 yol qəzası olub - 7 nəfər xəsarət alıb 16 Dekabr 2016 02:00 Hadisə Dekabrın 15-də şaxtalı və qarlı həva şəraiti ilə əlaqədar Bakıda 13 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri nəticəsində 7 nəfər xəsarət alıb: "Hadisələr nəticəsində avtomobillərə ziyan dəyib. Qəzalar sürücülərin yol və meteoroloji şəraiti nəzərə almadığına görə baş verib. Qəzalarda ölən olmayıb". / Teqlər : #Dünən Bakıda 13 yol qəzası olub 7 nəfər xəsarət alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəzərdə batan neftçi briqadasının bir üzvü sağ qalıb Fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb