DİN Bakıdakı fəsadlarla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda əsən güclü küləyin yaratdığı fəsadlarla bağlı məlumat yayıb. 
 
Məlumata görə, iyunun 23-də Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Nabat Məmmədovaya məxsus “KİA” markalı avtomobilin üzərinə düşüb. Avtomobilə qismən ziyan dəyib.
 
İyunun 23-də Nərimanov rayonu küləyin qırdığı ağac Bakı şəhər sakinləri Yusif Şabanova məxsus “Hyundai” və Aydın Məmmədova məxsus “Mercedes” markalı avtomobillərin üzərinə düşüb. Avtomobillərə qismən ziyan dəyib.
 
İyunun 23-də Səbail rayonu Puşkin küçəsində küləyin qırdığı ağac “Volkswagen” markalı avtomobilin üzərinə düşüb. Avtomobilə qismən ziyan dəydiyi bildirilib.
 
İyunun 23-də küləyin qırdığı ağac Səbail rayonu G.Əliyev küçəsində yaşayan Nazirə Vəliyevanın evinin damına düşüb. Evin dam örtüyü yararsız hala düşüb.
 
İyunun 23-də Səbail rayonu Xanlar küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Abbas Kərimova məxsus “Nissan” markalı avtomobilin üzərinə düşüb. Avtomobilə qismən ziyan dəyib.
 
Sadalanan faktlar üzrə xəsarət alan olmayıb.

Google+ WhatsApp ok.ru