Dünya əhalisinin yarısı bu 5 ölkədə yaşayır – Siyahı

Dünyadakı 7,3 milyarda yaxın insanın yarısı cəmi 5 ölkədə yaşayır.
Maide.az xəbər verir ki, 1960-cı ildə 3 milyard olan dünya əhalisi, 1970-ci ildə 3,7 milyard, 198-ci ildə 4,4 milyard, 1990-cı ildə 5,3 milyard, 2000-ci ildə 6,1 milyard və 2010-cu ildə isə 6,9 milyarda çatıb.
Bu il 7,3 milyard əhalinin yaşadığı planetimizdəki insanların sayının 2050-ci ildə 9 milyarda çatması gözlənilir.
Statistikaya görə, rəsmi olaraq tanınan 194 ölkə içərisində ən çox insan Çində yaşayır (1 milyard 366 milyon 630 min). Bu rəqəm dünya əhalisinin 20 faizi deməkdir.
Siyahıda 2-ci pillədə isə 1 milyard 251 milyon 695 min əhalisi ilə Hindistan tutub. Bu da dünya əhalisinin 17,4 faizi deməkdir.
Əhalisinin sayına görə 3-cü pillədə ABŞ yer alıb. 321 milyon 362 min əhalisi olan ABŞ-da dünya əhalisinin 4,4 faizi yaşayır.
Siyahının 4-cü pilləsində 255 milyon 993 min nəfərlə İndoneziya, 5-ci pilləsində isə 204 milyon 259 min nəfərlə isə Braziliya yer alıb.
Bu 5 ölkənin əhalisi ümumilikdə 2 milyard 34 milyon 635 min nəfərdir ki, bu da dünya əhalisinin 47 faizi deməkdir. /

Google+ WhatsApp ok.ru