Dünya boksunun canlı əfsanəsi Məhəmməd Əlinin durumu yaxşılaşır

Əfsanəvi boksçu Məhəmməd Əlinin keçmiş menecerinin onun səhhəti ilə bağlı yaydığı informasiyalar təsdiqini tapmayıb.
 
Maidə.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məşhur boksçunun ailəsi açıqlama yayıb. 
 
"Hazırda Məhəmməd Əlinin durumu qənaətbəxşdir. 73 yaşlı keçmiş dünya çempionu ötən çərşənbə peşəkar basketbol liqasının Sakramentoda keçirilən oyunlarından birini həyat yoldaşı ilə birlikdə canlı seyr edib", - peşəkar bokçunun ailə sözçüsü Robert Qannel bildirib.
 
"Məhəmməd əmindir ki, Allah nə qədər istəsə, o, da o qədər bu dünyada yaşayacaq. Görünür hələ ki, Allah onun yaşamasını istəyir", - deyə R.Qannel əlavə edib.
 
Qeyd edək ki, məşhur boksçu Məhəmməd Əli 1980-ci ildən parkinson xəstəliyindən əziyyət çəkir. O, ilk dəfə ağır çəki üzrə peşəkarlar arasında 3 dəfə dünya çempionu olub, 19 dəfə titulunu qoruyub saxlaya bilib.
 
İslamı qəbul edənədək əvvəlki adı Kassius Kley Marsell olan boksçu 1964-cü ildə İslamı qəbul edib. Elə həmin gündən Məhəmməd Əli adını daşıyır.
 
PS. Aşağıdakı foto məşhur boksçu İmam Hüseynin (ə) ziyarətində olarkən çəkilib./
 
 
 

Google+ WhatsApp ok.ru