Dünyada 120 milyondan çox insan kəskin aclıqdan əziyyət çəkir

Dünyada 120 milyondan çox insan kəskin aclıqdan əziyyət çəkir

Dünyada 120 milyondan çox insan kəskin aclıqdan əziyyət çəkir. Beynəlxalq təşkilatlar bunu 2030-cu ilə qədər aradan qaldırmağı düşünürlər.
 
Maide.Az "Axar.az"a istinadla xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli deyib.
 
“Bizim hədəfimiz 2030-cu ilə qədər aclığın bütün formalarına son qoymaqdır. Bütün dünyada 821 milyon insan aclıqdan əziyyət çəkir ki, bunun da 124 milyon nəfəri kəskin aclıqla üz-üzədir. Müharibələrin uzanması, yeni konfliktlərin alovlanması bizim ən böyük problemlərimizdir”, – deyə o bildirib.
 

Google+ WhatsApp ok.ru