Dünyada ən qədim Quran tilavətinin səs yazısı - Audio

Dünya tarixində ən qədim Quran tilavəti səs yazısı tapılıb və ictimaiyyətə təqdim olunub.
Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, naməlum qari tərəfindən oxunan bu bu səs yazısı  130 il öncəyə , yəni  1885 –ci il-ə aiddir. Belə ki, bu səs yazısı həmin ildə Məkkə şəhərində və Kəbədə Kristian Snouk adlı xristian bir fotoqraf və turist tərəfindən yazılıb. Quran tilavəti Tomas Edison tərəfindən ixtira olunan səs yazma qurğusu vasitəsi ilə yazılıb. K.Snouk həmdə Məkkə şəhərinin qədim şəkillərini də çəkib.  
Məlumatda bildirilir ki, K.Snoukun yazdığı Quran tilavətinin səs yazısı və Məkkə şəhərinin şəkilləri Dubayda muzeydə saxlanılır. Ən qədim səs yazısında qari Zuha surəsini tilavət edir. 
Qeyd edək ki, ilk dəfə bu səs yazısı və şəkillər CNN kanalı vasitəsi ilə sosial şəbəkədə yayımlanıb. 
Maide.az həmin Quran tilavətinin səs yazısını və şəkilləri təqdim edir: /
 
 

Google+ WhatsApp ok.ru