Dünyada Hüseynsevərlər Məhərrəm-Səfər əyyamına hazırlaşır - FOTO/VİDEO

Dünyada Hüseynsevərlər Məhərrəm-Səfər əyyamına hazırlaşır - FOTO/VİDEO

Bütün dünyada olan Hüseynsevərlər, İslam dünyası Məhərrəm-Səfər əyyamına hazırlaşır. Dünyanın müxtəlif ölkələrində bununla əlaqədar məscidlərə, Hüseyniyyələrə, meydanlara qara bayraqlar vurulur, heyətlər pandemiya şəraitinə uyğun olaraq əzadarlıq mərasimlərinin keçirilməsinə hazırlaşır.
 
Maide.Az "deyerler.org"a istinadla  xəbər verir ki, İranın müxtəlif şəhərlərində, o cümlədən Ərdəbildə ənənəvi olaraq Məhərrəm-Səfər əyyamının daxil olmasına bir neçə gün qalmış artıq əzadarlıq mərasimləri başlanıb. Kovid-19 protokollarına riayət etməklə Ərdəbildə Əhli-beyt (ə) sevdalıları əzadarlıqlara başlayıb. Mərasimlər həm sosial məsafə gözləməklə məscid və hüseyniyyələrin daxilində, həm də məscidlərin həyətlərində keçirilir.
 
 
 
 
Əba Əbdillah Əl-Hüseynin (ə) aşiqləri Məhərrəm-Səfər əyyamı yaxınlaşdıqca məscidlər və hüseyniyyələri matəm üçün hazırlayırlar.
 
ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərindəki Ahlul-Bayt İslam Mərkəzi 1442-ci hicri ilinin Məhərrəm-Səfər matəm əyyamı üçün qara bayraq və matəm rəmzləri ilə bəzədilib.
 
Mərkəzdən paylaşılan görüntülərdə məscidin koronavirusla mübarizə ilə bağlı verilmiş sağlamlıq protokollarına uyğun hazırlandığı görünür.
 
 
 
 
Britaniyanın Luton şəhərində Məhərrəm-Səfər əyyamına hazırlıq
 
Böyük Britaniyanın Luton şəhərindəki İmam Əli (ə) İslam Mərkəzinin üzvləri qara köynək geyinərək, bu ilki Məhərrəm-Səfər əyyamı üçün İslam mərkəzinin məscidini matəmə hazırlayıblar.
 
 
 
 
 
Almaniyanın Salman Farsi İslam Mərkəzi Məhərrəmliyə hazırlandı
 
Almaniyanın Hanover şəhərindəki Salman Farsi İslam Mərkəzinin üzvləri 1442-ci hicri ilinin Məhərrəm-Səfər matəm əyyamı üçün İslam mərkəzinin məscidini qara bayraq və matəm rəmzləri ilə bəzəyiblər.
 
Mərkəzdən paylaşılan görüntülərdə məscidin koronavirusla mübarizə ilə bağlı verilmiş sağlamlıq protokollarına uyğun hazırlandığı görünür.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru