Dünyada ilk iki rejimli telefon təqdim edilib 18 Noyabr 2016 02:00 Maraq dünyası “Thuraya” şirkəti Avropa, Orta Asiya, Avstraliya və Afrikada peyk telefon rabitə xidmətinin göstərilməsi üzrə ixtisaslaşıb. Şirkət, həmçinin öz peyk telefonlarını istehsal edir. Belə telefonların əsas funksiyası ekstremal şəraitdə sabit rabitəni təmin etməkdir. Amma yeni “XT-Pro Dual” telefonu dünyada iki “SİM” kart dəstəkləyən ilk iki rejimli telefondur: həm peyk rabitəsini dəstəkləyir, həm də “GSM” şəbəkələrdə işləyir. “4pda.ru” saytına istinadən xəbər verilir ki, “Thuraya XT-Pro Dual” telefonu istifadəçilərə çağırışlar arasında keçid etməyə imkan verən “Always On” funksiyasını dəstəkləyir. Beləliklə, bu telefon hər yerdə əlçatan olmağa imkan verir. Şəhər ərazisində “GSM” rabitədən istifadə etmək olar, zəif əhatə dairəsinə malik yerlərdə isə peyk rabitəsini işə salmaq olar. “Thuraya” şirkətinin şəbəkəsi Avropa, Afrika, Asiya və Avstraliyanın 160-dan çox ölkəsini əhatə edir. Bundan başqa, yeni telefonda kömək üçün “SOS” düyməsi nəzərdə tutulub. Telefon toz və suya qarşı davamlıdır, daxili akkumulyator danışıq rejimində 11 saat, gözləmə rejimində 100 saat üçün kifayətdir. (ictnews) / Teqlər : #Dünyada ilk iki rejimli telefon təqdim edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İndi “Skype” xidmətindən qeydiyyatsız istifadə mümkündür Hackerlər məşhur mobil operatorlardan birini hack etdilər