Hackerlər məşhur mobil operatorlardan birini hack etdilər

Hackerlər məşhur mobil operatorlardan birini hack etdilər

Hackerlər Böyük Britaniyanın mobil operator əlaqəsini hack ediblər. Bu mobil operator Three Mobile adlanır.
 
Maide.Az xəbər verir ki, bu barədə məlumatı The Telegraph paylaşıb. Onlar bunu sadəcə Three Mobile-ın nümayəndələrindən birinin parolunu bilməklə həyata keçiriblər. Bu operatordan təqribən 6 milyon insan istifadə edir.
 
Şirkətin məlumat bazasında istifadəçilərin adı, soyadı, telefonları, ünvan və doğum günləri haqda məlumatlar yer almaqdadır. Verilən məlumata görə burada istifadəçilərin maliyyə məlumatlarına yer verilməyib.
 
Cinayətkarlarla iş üzrə milli agentlik artıq 3 şəxsin tutulduğunu bildirib. Hələ ki, araşdırmalar davam edir. Britaniya operatoru bu məlumatların digər şəxslərin əlinə keçməsindən ehtiyatlanır.(technote.az)
 

Google+ WhatsApp ok.ru