Dünya ictimaiyyəti Şeyx Nimrin edam edilməsinə mane olmalıdır

Maide.az-ın məlumatına görə, Şiələrin Hüquqlarına Nəzarət Təşkilatı dünən bəyanat yayaraq, Şeyx Nimrin vəziyyəti ilə bağlı narahatçılığını bildirib və dünya ictimaiyyətindən istəyib ki, məsələyə müdaxilə edərək, Şeyx Nimr barədə çıxarılan edam hökmü haqda araşdırmalar aparsın. 
 
Şiələrin Hüquqlarına Nəzarət Təşkilatı həmçinin hər bir kəsin etiqad azadlığına malik olduğunu bildirərək, dünya ictimaiyyətindən istəyib ki, Ərəbistan kralına təzyiq göstərərək, siyasi məhbusların azad edilməsinə nail olsun. 
 
Təşkilata daxil olan məlumatlara görə, Ali-Səud rejimi ailəsi və yaxınlarına Şeyx Nimr ilə görüş icazəsi vermir.

Google+ WhatsApp ok.ru