'Dünya Müsəlman Alimlər Birliyi '  baş katibi BƏƏ və Bəhreyni tənqid etdi

'Dünya Müsəlman Alimlər Birliyi ' baş katibi BƏƏ və Bəhreyni tənqid etdi

"Dünya Müsəlman Alimlər Birliyi" baş katibi Əli əl-Qaradaği İsrail rejimi ilə diplomatik münasibətləri normallaşdıran dövlətləri yenidən tənqid edib.  

 
Əli əl-Qaradaği açıqlamasında bildirib ki, Fələstin xalqına dəstək olmaq bütün müsəlmanların vəzifələridir.  
 
"İsrail ilə münasibətləri normallaşdırmaq İslam dəyərlərinə ziddir. İsrail müsəlman torpaqlarını işğal edib", - deyə Əli əl-Qaradaği diqqətə çatdırıb.