Dünyanın 12 ölkəsindən fəallar Rohingiya müsəlmanlarına yardım çatdırmağa  çalışır -VİDEO

Dünyanın 12 ölkəsindən fəallar Rohingiya müsəlmanlarına yardım çatdırmağa çalışır -VİDEO

Dünyanın 12 ölkəsindən olan 185  fəal Myanmarda və Banqladeşdə olan rohingiyalı müsəlmanlara yardım çatdırmağa çalışır.  
 
Maide.Az  “The Star” qəzetinə istinadən xəbər verir ki, bu gəmi bir müddətdir ki, Myanmar müsəlmanlarına yardım çatdırmaq üçün yola düşüb. Gəmidə olan fəalların əksəriyyəti müsəlmandır. 
 
Gəmidə Rohingiya müsəlmanları üçün 2300 ton ərzaq  və digər lazimi vasitələr var. Həmçinin fəallar rohingiyalı uşaqlar və yeniyetmələr üçün 1000 cild Quran nüsxəsi aparır. Lakin Banqladeş hökuməti yardım gəmisinin öz sahillərində yanalamsına icazə verməyəcəyini elan edib. Gəmi Yanqon limanında yan almaq üçün icazə gözləyir. 

Google+ WhatsApp ok.ru