Dünyanın ən məşhur 10 silah mühəndisi

Bəzi məşhur şəxslər elmi icadlar, həyatımızı asanlaşdıran kəşflər ediblər. Bəzi insanlar da var ki, insan həyatına son qoyan icadlar ediblər. Bununla belə tarixin ən məşhur şəxsləri arasında yer alıblar.
Onlar silah icad edən mühəndislərdir. Maide.az tarixin ən məşhur 10 silah mühəndisini təqdim edir:
1. Qoro Nyudo Masamune
15-ci əsrin ən məşhur qılınc ustasıdır. Onun hazırladığı qılınclar “müqəddəs” adı verilibmiş.
 
2. Cohn Moses Brouninq
O, ilk silahını 13 yaşında olarkən dizayn edib. Daha sonra müxtəlif növ silahlar icad edərək 20-ci əsrin ən məşhur silah mühəndislərindən biri oldu. İstehsal etdiyi silahlar isə minlərlə insanın ölümünə səbəb oldu.
Onun hazırladığı silahlar:
Kolt-Brouninq 1895 - dünyanın ilk qazla çalışan tüfəngi
M2 Brouning - 50 kalibr tüfəng
Vinçester 1892
Browning Hi-Power Pistol
Browning Avtomatik Tüfəngi (BAR)
M1911 Tabança
 
 
 
3. Samuel Kolt (Kolt tapançası)
İstehsal etdiyi tapançaların satışını da özü həyata keçirən Kolt, 19-cu əsrin ortalarında ən varlı şəxslərdən biri sayılırdı. Belə ki, 1862-cı ildə vəfat edərkən Henri Forddan daha varlı idi.
 
4. Senqo Muramasa
Onun icad etdiyi qılınclara “qana susamış insanlar üçün” deyə adlar verilib. Muramasa 14-16-cı əsrlərdə Yapaniyanın əfsanəsi sayılırdı.
 
5. Mixail Kalaşnikov (AK-47)
Rus yazar və mühəndis Kalaşnikovun 1946-cı ildə icad etdiyi AK-47 silahı hazırda da ən çox istifadə edilən tüfənglərdən biridir. Təkcə 2004-cü ildə dünyada 500 milyon ədəd satılıb.
 
6. Yevqeni Stoner
Stoner 2-ci Dünya Müharibəsi zamanı Amerika ordusunun tərkibində Şimali Çində savaşıb. Müharibə bitdikdən sonra mühəndis olaraq orduda qalan Stoner, AR-3, AR-9, AR-11 ve AR-12 tüfənglərini təkmilləşdirib. Onun əsas təkmilləşdirdiği tüfəng isə AR-10 modelinin üzərində çalışdığı AR-15 olub.
Hazırda bu model biraz daha təkmilləşdirilmiş formasıyla M16 adı ilə istifadə edilir.
 
7. Con Qarand (M1 Qarand)
Gənc yaşlarında təmirçi olaraq Rode Adalarındakı bir fabrikdə işləyən Qarand, boş vaxtlarında hobbi olaraq silah dizayn edirmiş.
Onun sevimli məşğuliyyəti 1-ci Dünya Müharibəsi zamanı işə çevrilib. Belə ki, Amerika ordusu onu işə götürərək silah istehsal etməsini tapşırıb. O, dünyanın il yarım avtomatik tüfəngini icad edib.
 
8. Elifalet Reminqton (Reminqton tüfəngi)
Reminqton bu silahı 23 yaşında olarkən icad edib. Bu silahın ən çox istifadə edilən modeli Dünya Müharibələrindən sonra 1967-ci ildə (Reminqtonun ölümündən 100 il sonra) istehsal edilib.
 
9. Hikoşiro Sadamune (Sadamune qılıncı)
 
Əfsanəvi qılınc istehsalçısı Soşu Masamunenin 4 tələbəsindən biri də Sadamunedir. 13-cü əsrdə Yapo qılınc sənətinə damğasını vuran Sadamune öz adını verdiyi qısa samurai qılıvı icad edib. Həmin qılınc 300 il qorunduqdan sonra 16-cı əsrdə böyük yapon imperatoru Toyotomi Hideyoşinin əlinə keçmişdi.
 
10. Riçard Qatling (Qatlinq silahı)
 
lk patentini hələ 21 yaşında “uskur pərvanəsi”ni icad edərək alan Qatlinq, daha sonra dəqiqədə 200 mərmi ata bilən dünyanın ilk tüfəyini hazırlayıb. //
 
 

Google+ WhatsApp ok.ru