Dünyanın ən uzun sendviç çörəyi bişirilib -FOTO

Sərgidə bişirilən bu fransız çörəyinin uzunluğu 120 metrdir.
Maide.az xəbər verir ki, bazar günü Ginnes reytinq təşkilatının hakimi İtaliyanın Milan şəhərində keçirilən Ekspo- 2015 beynəlxalq sərgiyə qatılaraq dünyanın ən uzun sendviç çörəyini qeydə alıb.
Sərgidə bişirilən bu fransız çörəyinin 120 met uzunluğundadır.
Fransadan və İtaliyadan olan 60 çörəkçi həmin çörəyin hazırlanıb bişirilməsinə 7 saata qədər vaxt qoyub və birf mağazalar şəbəkəsinə aid 111 metr uzunluğu olan əvvəlki rekordu qırıblar.
Rekord qeydə alındıqda sonra, bu çörək sərgiyə gələn qonaqlar və tamaşaçılar arasında paylanılıb.
Qeyd edək ki, bu, hazırki sərgisi zamanı qeydə alınan dördüncü dünya rekordudur. Həmin sərgidə qeydə alınan başqa rekordlardan biri isə, 1.5954 metr uzuluqda olan pitzanın bişirilməsidir. /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru