İnternetsiz YouTube-dan video yükləmək mümkün olacaq -VİDEO

Oktyabrın 28-dən etibarən YouTube videohostinqində pullu abunəlik  imkanları yaranacaq. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə internet portal özünün rəsmi bloqunda bəyan edib.
 
YouTubeRed adlı abunəlik istifadəçilərə sonsuz sayda  videoroliklərə reklamsız baxma imkanları verəcək. Həmçinin  internetə giriş olmadığı halda videonu yükləmək mümkün olacaq.
 
İlk mərhələdə istifadəçilərin aylıq 0.99 dollar ödəyəcəyi bildirilir.
 
YouTubeRed-dən  istənilən qurğularda istifadə etmək mümkün olacaq. Gələn ildən etibarən isə  istifadəçilər  bir sıra film və videolara  eksklüziv giriş əldə edə biləcəklər. faktxeber /
 

Google+ WhatsApp ok.ru