Dünyanın ən sürətli interneti

Sürət 5G texnologiyası sayəsində 10 dəfə artacaq.

Çin 5-ci nəsil 5G naqilsiz internet texnologiyası sahəsində araşdırmalara və sınaqlara başlayıb.
 
Sınaqlarına başlanılan yüksək mobil internet sürəti və daha çox məlumat tutumu təmin edəcək 5G texnologiyası 2020-ci ildə istifadəyə veriləcək.
 
5G araşdırma-inkişaf birliyinin prezidenti Cao Şumin bildirib ki, sınaq və araşdırmalarda əsas məqsəd 5G standartlarının yaradılmasını dəstəkləmək və telokominikasiyanın inkişafını sürətləndirməkdir.
 
Sınaqların 2018-ci ildə tamamlanacağını və yerli tekominikasiya xidmətləri tərəfindən 5G-nin 2020-ci ildə satışa çıxarılacağı bilidirildi.
 
Digər tərəfdən o, 4G texnologiyasının ölkədə 2013-cü ildən istifadə edilməyə başladığını qeyd edən prezident 905 milyondan artıq mobil internet istifadəçisindən 380 milyonununun 4G istifadə etdiyini bilidirdi.
 
Mobil cihazların internet bağlantılarında 3G texnologiyası üzrə saniyədə 28 meqabit , 4G texnologiyası üzrə 100 meqabit qoşulma sürəti təmin edərkən, bu rəqəmin 5G texnologiyası sayəsində min meqabitə çatacağı gözlənilir. anspress  /
 

Google+ WhatsApp ok.ru