Dünyanın ən sürətli avtomobili (FOTO)

Cenevrə beynəlxalq avtosalonunda dünyanın ən sürətli avtomobili sayılan yeni “Bugatti Chiron”un təqdimatı keçirilib.
 
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, “Bugatti Veyron”un xələfi olan “Bugatti Chiron” 1500 at gücündə, 8 litrlik W16 kvad-turbo mühərrikə malikdir.
 
Yeni avtomobil 100 km/saat sürəti 2,5 saniyəyə, 300 km/saat sürəti isə 15 saniyəyə yığa bilir. Avtomobilin maksimal sürəti isə 500 km/saatdır.
 
“Bugatti Chiron”un qiyməti 2,4 milyon avrodur. /
 
 
 

Google+ WhatsApp ok.ru