Dünyanın ən nəhəng gəmisi suya buraxılıb – FOTO-VİDEO

Dünyanın ən nəhəng gəmisi olan “Harmony of the Sea” adlı gəmi  Fransanın qərbində  sınaq üçün suya buraxılıb. 
 
Maide.az xəbər verir ki, bu gəminin çəkisi 120 tondur və 16 mərtəbəlidir. 
 
Fransanın STX  gəmiçilik şirkəti bu gəzinti gəmisini Amerikanın beynəlxalq səyahət şirkəti olan “Royal Caribbean Cruises Ltd” üçün istehsal edib. Gəminin hazırlanmasına 1 milyar 100 milyon dollar vəsait xərclənib və 2013-cü ilin sentyabrından başlanan işlər bir müddət öncə tamamlanıb və artıq gəmi sınaq üçün suya buraxılıb. Gəminin sınaq üzməsində 500 nəfər xidmətçi, şirkət sahibləri və texniki heyət iştirak edir.
 
Gəminin 70 metr hündürlüyü, 362 metr uzunluğu və 16 göyərtəsi var. Gəminin suya buraxılma mərasimini minlərlə nəfər izləyib./
 
 
 
 
 

Google+ WhatsApp ok.ru