Dünyanın ən yaşlı adamı tapılıb – VİDEO

Dünyanın ən yaşlı adamı tapılıb – VİDEO

Beynəlxalq KİV-lərin məlumatına görə, İndoneziyada  dünyanın ən yaşlı adamı tapılıb. 
 
Maide.Az xəbər verir ki,  bu yaşlı kişinin 145 yaşı olduğu bildirilir.  Mbaxa Qota adlı kişinin sənədlərində  doğum tarixi 31 dekabr 1870-ci il göstərilir. 
M.Qota dörd arvadı və uşaqları ilə birlikdə yaşayır. 
 
Nəvələrindən birinin dediyinə görə,  M.Qota  artıq 122 yaşından  dünyanı tərk etməyə hazırlaşır.  Bədəni həddən artıq zəifləyib,  çətinliklə gəzir, özü-özünü qidalandıra bilmir, gözləri görmür. 
 
M.Qota uzun ömürlülüyün sirrini yalnız – səbrdə olduğunu deyir.  (World News)
 

 

Google+ WhatsApp ok.ru