Twitter bu istifadəçilərə pul verəcək

Twitter bu istifadəçilərə pul verəcək

Twitter öz istifadəçilərinə video yerləşdirdiyi üçün  pul ödəmək niyyətindədir. 
 
FaktXəbər-in məlumatına görə, bu barədə "Recode" agentliyi yazıb.
 
Məlumatda bildirilir ki, sosial şəbəkə gəlirlərin 70%-ini istifadəçilərə verəcək. Halbuki Youtube portalı yalnız 55% ödəyir. 
 
Bundan əlavə, Twitter "Youtube"dən fərqli olaraq öz istifadəçilərindən eksklüzivliyi istəmir. Bu o deməkdir ki, sosial şəbəkə istifadəçiləri öz videolarını digər portal və saytlarda yerləşdirə bilər. 
 
Twitter rəhbərliyinin sözlərinə görə, bu təklif Youtube biznes strukturundan qat-qat sərfəlidir.
 

 

Google+ WhatsApp ok.ru