Dünyanın ən sürətlə dərinləşən qaçqın böhranı

Dünyanın ən sürətlə dərinləşən qaçqın böhranı

Cəmi 8 həftə ərzində 600 mindən çox insan Myanmanın Rakxayn ştatında, ev-eşiyini qoyub qaçaraq Banqladeşə pənah gətirib.
 
Buna qədər də, zəngin ölkə olmayan Banqladeşə əvvəlki zorakılıqların nəticəsində 300 minədək rohinca müsəlmanı sığınmışdı.
 
Qaçqınların yarıdan çoxu uşaqlardır.
 
Bu uşaqların yaşayışı üçün ən zəruri olan içməli su, ərzaq və sığınacaq çatışmır.
 
Qaçqınlara fevralın sonunadək yardımın göstərilməsi üçün BMT-yə 434 milyon dollar pul lazımdır.
 
Cenevrədə keçirilən konfransda donor ölkələrə bu humanitar fəlakətlə bağlı səxavətli olmaq çağırışı edilib.
 
Yardım agentlikləri böhranın dərinləşəcəyini güman edir.
 
On minlərlə insan Banqladeşə keçmək üçün sərhəddə növbəsini gözləyir.
 
BMT onlara yalnız Banqladeşdə yardım göstərə bilir, çünki Myanma höküməti Rakxayn ştatına giriş icazəsini məhdudlaşdırmaqda davam edir.(bbc)
 

 

Google+ WhatsApp ok.ru