DİN Zaqataladakı silahlı insidentlə bağlı rəsmi məlumat yaydı

Daxili İşlər Nazirliyi Zaqatalada baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.
 
Maide.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Ağakişi Həzrəyevə avtomat silahdan açdığı atəşlə xəsarət yetirmiş rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Kərimov tutulub.
 
Ondan hadisəni törədərkən istifadə etdiyi “AK-74” silahı, 12 ədəd patron, 6 ədəd giliz və 1 ədəd patron darağı götürülüb.

Google+ WhatsApp ok.ru