Dollar 1,62 manatı keçdi

Dollar 1,62 manatı keçdi

Azərbaycanda dolların sabaha olan qiyməti açıqlandı. 
 
Maide.Az xəbər verir ki, Mərkəzi Bankdan daxil olan xəbərdə bildirilir ki, 19.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6204 səviyyəsində müəyyən olunub. 
 
Avqustun 18-də USD/AZN rəsmi məzənnəsi  1,6164 manat səviyyəsində olub.  
 
Qeyd edək ki, bu ilin 11 Mart tarixində rəsmi USD/AZN məzənnəsi 1.6456 səviyyəsinədək qalxmış, 25 May tarixində isə 1.4900 səviyyəsinədək düşmüşdü. 
 

Google+ WhatsApp ok.ru