Dollar ilin sonuna bahalanacaq - PROQNOZ

Dollar ilin sonuna bahalanacaq - PROQNOZ

"Yeni Müsavat" qəzetində "İslam oyunlarından sonra dollar bahalaşacaqmı…" sualına ekspertlərlə cavab axtarılır.
 
Müəllif yazır ki, son aylar manatın məzənnəsi sabitləşib. Ancaq Mərkəzi Bankın bu siyasəti iqtisadiyyatı iflic hala salıb.
 
Bununla belə, müəllif güman edir ki, hökumət dolların indiki məzənnədə qalmasında maraqlıdır:
 
"Hökumət ölkəyə gələn turistlərdən dolları ucuz almaqda maraqlıdır. Son aylar isə cəmiyyətdə belə bir rəy var ki, bu idman oyunlarından sonra manatın məzənnəsi kəskin ucuzlaşa bilər. Çünki Mərkəzi Bank gec-tez dövriyyədəki manat kütləsini artırmağa məcburdur".
 
Qəzetə danışan ekspert Natiq Cəfərli isə diqqəti qarşıdakı daha bir beynəlxalq yarışa yönəldib:
"Manatın məzənnəsi ilə bağlı proqnozları təkcə başa çatan İslam Oyunlarına bağlamaq olmaz. Çünki bu Oyunlardan sonra "Formula-1" yarışları gözlənilir. Bu mənada dollar-manat münasibətlərində birdən-birə kəskin hərəkətlərin olmasını da gözləmək olmaz. Mərkəzi Bank manat kütləsini də kifayət qədər daraldıb. Birdən-birə manatın dövriyyəsini artırmaq və dolların məzənnəsini qaldırmaq daha ciddi fəsadlara gətirib çıxara bilər".
 
N.Cəfərli vurğulayıb ki, son vaxtlar manat avroya nisbətdə 10 qəpik ucuzlaşıb. Onun fikrincə, Mərkəzi Bankın bundan sonra daha yumşaq monitor siyasət aparması və manat kütləsinin dövriyyəsini artırması gözlənilir:
 
"Çünki hər ay iqtisadi aktivlik aşağı düşür, ÜDM 1.3 faiz azalıb. Bunun qarşısını almaq üçün manat kütləsi artmalıdır".
 
N.Cəfərlinin təxminlərinə görə, gələn ayın sonundan etibarən dolların manata nisbətinin mərhələli şəkildə artan xətt üzrə bahalaşacağını söyləmək olar. /

Google+ WhatsApp ok.ru