Dolların payız yüksəlişi gözlənilir

Dolların payız yüksəlişi gözlənilir

"Yeni Müsavat" qəzetində "2017-ci ildə manata kəskin devalvasiya təhlükəsi varmı? Mütəxəssis proqnozları" sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda bildirilir ki, manat, artıq bir neçə aydır sabitləşib. Üstəlik, dollar, az da olsa, getdikcə dəyər itirməkdədir. Ancaq biznes dairələrində belə bir rəy formalaşıb ki, İslam Həmrəyliyi Oyunları və "Formula-1" yarışlarından sonra dollar yenidən bahalaşacaq.
 
Deputat Vahid Əhmədov da qəzetə deyib ki, bu ilin sentyabrından manat yenidən kəskin dəyər itirə bilər: "Pul siyasətini Mərkəzi Bank, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirir. Onlar belə qərara gəlib ki, manatı müəyyən qədər qoruyub saxlasınlar. Əlbəttə, indiki zaman üçün bu vacibdir. Azərbaycanda İslam Həmrəyliyi Oyunları, "Formula-1" kimi beynəlxalq yarışlar var. Bu yarışlarla bağlı ölkəyə turist axını gözlənilir. Odur ki, dolların məzənnəsinin ucuz olması sərf edir ki, turistlərdən ucuz qiymətə dollar alınsın. Ancaq real sektorun, iqtisadiyyatın inkişafı üçün manat gec-tez öz bazar qiymətini almalıdır. Hesab edirəm ki, bu proses haradasa avqust-sentyabr aylarına qədər davam edəcək. Ancaq sonra bu prosesi saxlamaq çox çətin olacaq. Sonra qərar veriləcək ki, manat yenidən ucuzlaşmağa başlasın və dollar bahalaşsın".
 
V.Əhmədov vurğulayıb ki, hazırda ölkədə manat qıtlığı yaşanır. İnvestisiya layihələrinə vəsait ayrılmır, hesabdan nağd pul çıxarmaq da problemə çevrilib. /

Google+ WhatsApp ok.ru