Qaz satan və alan ölkə

Qaz satan və alan ölkə

"Novoye Vremya" qəzetində isə "Yenə bizim enerji təhlükəsizliyimiz barədə" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif yazır ki, Azərbaycan Gürcüstan və bir çox ölkələrə qaz satır. Ancaq ölkə əhalisinin qazla təminatı heç də ürəkaçan deyil: "Bizi daha çox öz enerji təhlükəsizliyimiz, yəni əhalinin və ölkə iqtisadiyyatının qazla təminatı narahat edir. Biz qaz istehsal edən ölkə kimi fasiləsiz qaz almalıyıq və bu mavi yanacaq yüksəkkeyfiyyətli, qaz tarifləri isə aşağı, sabit olmalıdır. Qış mövsümündə, hərarət sıfırdan aşağı enəndə ölkədə qazla bağlı problemlər yaranır. Bu qışda isə bizi tariflərin bahalanması ilə "sevindirdilər".
 
Müəllif xatırladır ki, qazın tarifləri artırılarkən rəsmilər bunu, əsasən, iki səbəblə izah ediblər. Birincisi qazın maya dəyəri baha başa gəlir, ikincisi də Azərbaycan xaricdən valyuta ilə qaz alır: "Paradoksal durum yaranır. Bir tərəfdən şirkət bütün ölkə əhalisini təmin etmədiyindən Azərbaycan qazını konsorsiumdan dollarla almalı olur, digər tərəfdən Gürcüstana qaz sataraq, həmin bazarı əlində saxlamaq istəyir".
 
Müəllif etiraf edir ki, Azərbaycana valyuta, əsasən, neft və qaz satışından gəlir. Ancaq yazıda vurğulanır ki, bu proses ölkənin təhlükəsizliyinə, əhalinin maraqlarına ziyan gətirməməlidir. /

Google+ WhatsApp ok.ru