Dolu meyvə ağaclarına ziyan vurub

Dolu meyvə ağaclarına ziyan vurub

Iyulun 7-si axşam saatlarında Qaxa güclü dolu yağıb. Bunu Zərnə kənd icra nümayındəliyindən bldiriblər.
 
Verilən məlumata görə, dolu əsasən rayonun Zərnə və Ləkid kəndlərinə daha şox düşüb: "İyulun 7-si axşam saatlarında əvvəlcə güclü külək və yağış başladı, daha sonra doluya çevirdi", nümayəndəlikdən belə bildiriblər.
 
İcra nümayəndəliyindən verilən məlumatda deyilir ki, dolu yağması. 10-15 dəqiqə davam edib: "Hər iki kəndi hissə-hissə vurdu, Təqribən dolu yağması, 10-15 dəqiqə davam etdi. Dolu təqribən qoz iriliyində olub, meyvə ağaclarına ziyan dəyib", nümayəndəidkən söyləyiblər.
 
Nümayəndəlikdən dolu yağmasının sakinlərin şəxsi təsərrüfatlarına, əmlaklarına ziyan dəyməsi bağlı deyilib ki, o cür dolu yağmasının təsərrüfatlar ziyan vurmaması mümkün deyildi. İndi kənd sakinləri dolu düşən yolları təmizləyirlər. Hadisə barədə Qax rayon İcra Hakmiyyətinə məlumat verilib. Yəqin ki, ziyan varsa Qax RİH-ə müraciətlər olacaq".
 
Azərbaycanın əsasən meyvəçiliklə məşğul olan şimal-qərb rayonalrında bu ul hava şəraiti əlverişsiz keçib. Aprel-may aylarında, eləcə də iyun və iyul aylarında bu rayonlara dolu düşüb, ərik və gilas ağaclarına ciddi ziyan vurub. Bu il bazarlarda bu meyvələrin baha olması səbəbləri barədə danışan ekspertlər səbəblərdən biri kimi hava şəraitinin əlverişsiz keçməsini, dolu düşməsini göstərirdilər. / contact.az /

Google+ WhatsApp ok.ru