Doğuş zamanı ana və övladı dünyasını dəyişib

Doğuş zamanı ana və övladı dünyasını dəyişib

Yaxınları ana və övladının həkimlərin səhvi ucbatından öldüyünü iddia edir
 
Bakının Yasamal rayonunda doğuş zamanı ana və uşaq ölümü qeydə alınıb.
 
"Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Orucova Nuranə Səməd qızı Ak. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Doğum şöbəsində dünyasını dəyişib.
 
Ana eyni zamanda övladını da itirib. N.Orucovanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.
 
Mərhumun yaxınları ana və övladının həkimlərin səhvi ucbatından öldüyünü iddia edir.
 
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru