İŞİD Palmira tağını dağıdır

Suriyalı fallar bildirirlər ki,  İŞİD terror qruplaşmasının üzvləri qədim Palmira şəhərində 2 min il yaşı olan tağı dağıdıblar.

 Zəfər Tağı Palmirada ən məşhur yerlərdən biridir. İŞİD terrorçuları mayda bu şəhəri tutub.

 Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı bildirir ki, terrorçular abidə üzərindəki naxışları qeyri-islamçı saydığı üçün abidəni oktyabrın 4-də məhv edib.  

Məlumata görə, sütunlar yerində qalıb. Tağ məşhur sütunların üzərində yerləşirdi.   İŞİD İraq və Suriyada ələ keçirdiyi ərazilərdə tarixi abidələri əsasən məhv edib. /

Google+ WhatsApp ok.ru