İŞİD İraqın milyonlarla əhalisini ölümlə təhdid etdi

İŞİD terrorçuları yenidən qorxulu bəyanat səsləndiriblər. Maide.az-ın verdiyi məlumata görə, İŞİD Mosulda ələ keçirdiyi şəhərin ən böyük su bəndini partladacağını bəyan edib.
 
Bildirilir ki, su bəndinin partladılması nəticəsində 1 milyondan çox insan su altında qala bilər.
 
Qeyd edək ki, İŞİD uzun müddətdir Bağdada girə bilmədiyi üçün bu şəhi su altında qoymaqla ələ keçirmək niyyətindədir. 
 
Təşvişə düşən əhali artıq Bağdaddan və Mosuldan qaçmağa başlayıb. Şəhərlərin çıxışlarında uzun növbələr yaranıb.
 
Xatırladaq ki, İŞİD İraqın bir necə böyük şəhərini ələ keçirib. Lakin Bağdadda nəzarəti əla ala bilmir. İŞİD-ə qarşı ordu qüvvələri ilə yanaşı, peşmərgələr də döyüşür. Ötən gün peşmərgələrlə terrorçular arasında baş vermiş döyüşlərdə 120 yaraqlı öldürülüb.

Google+ WhatsApp ok.ru