Dörd səudiyyəli hərbçi ölüb və yaralanıb

Ərəbistanın Müdafiə Nazirliyi pakistanlı qüvvələrlə birgə təlim-məşq keçən zaman bir səudiyyəli əsgərin ölməsi və daha üç nəfərin yaralanmasından xəbər verib.
 
Maide.az-ın "Əlbəyan" portalına istinadlı məlumatına görə, Ərəbistanın quru qoşunları və Pakistan ordusunun xüsusi bölmələri Əlbahə məntəqəsinin şimalında "Səmsam 5" adı altında birgə hərbi təlim-məşq keçiriblər.
 
Ərəbistanın Müdafiə Nazirliyi çərşənbə günü gecə bir bəyanatda bildirib ki, bir səudiyyəli əsgər birgə təlim-məşqin keçirilməsi zamanı ölüb, daha üç nəfər də yaralanıbdır. İki ərəbistanlı hərbçi də dünən bu ölkənin paytaxtı Ərriyadda naməlum silahlı şəxslərin atəşaçmaları nəticəsində ölüb. 

Google+ WhatsApp ok.ru