İdris İsayev: 'Siniflərdə şagird sıxlığı var'

İdris İsayev: 'Siniflərdə şagird sıxlığı var'

1 milyon 600 min şagird təhsil alır.

Maide.Az ONA-a istinadla  xəbər verir ki,  bunu təhsil nazirinin müavini İdris İsayev media nümayəndələri üçün keçirilən təlimdə deyib.

Nazir müavininin sözlərinə görə, ölkədə 150 minə yaxın müəllim pedaqoji faəliyyətlə məşğul olur, ölkədəki təhsil müəssisələrinin sayı isə 4500-dür: "360-a yaxın müəssisədə təhsilalanlara ümumi təhsil, 800-ə yaxın müəssisədə ümumi-orta (IX illik) təhsili verilir. Beləliklə, əhalinin 16 faizi bu və ya digər formada bu sahə ilə bağlıdır".

İ. İsayev qeyd edib ki, hər bir sinifdə şagird sıxlığı var: "Qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, hər bir sinifdə şagird sayı 20 olmalıdır. Siniflər üzrə şagird sayı 30-dan çox olmamalıdır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu məsələ ilə bağlı qərar qəbul edilməlidir. Bu, siniflərin komplektləşdirilməsi baxımından mühüm addım olacaq".

Təhsil sahəsində geniş şaxəli islahatlar aparıldığını deyən İ.İsayev bildirib ki, islahatlar məzmun, təhsil standartları, təhsilə əlçatanlığın artırılması, təhsilalanların və təhsilverənlərin göstəricilərinin dəyişdirilməsini əhatə edir.

Google+ WhatsApp ok.ru