İŞİD Suriyada qaz yatağını partladıb

İŞİD  terrorçuları  Suriyada  qaz yatağını  partlatdı,  partlayış nəticəsində Palmirada  bir neçə  yeraltı təkan qeydə alındı. 
Maide.Az xəbər verir ki, baş ofisi İngiltərədə yerləşən  Suriyada İnsan Haqları Gözətçisi adlı qrup elan edib ki, bazar ertəsi İŞİD  Suriyanın Əl-Şaer qaz yatağını partladıb.  Bu qaz  yatağı Homs əyalətində yerləşən ənböyük qaz yataqlarından biridir. İŞİD  bir müddət öncə bu yatağı işğal etmişdi. 
Məlumatda partlayış nəticəsində xəsarət alanlar və dəymiş ziyanlabağlı açıqlama verilməyib.
Məlumatda bildirilir ki, qaz yatağındakı partlayışa görə,onun 50 kilometrliyində yerləşən Palmira şəhərində yeraltı təkanlar qeydə alınıb. 
 

Google+ WhatsApp ok.ru