Ayətullah Üzma Behcətin vəfatının ildönümü keçiriləcək

Şiələrin təqlid mərcəsi mərhum Ayətullah üzma Məhəmməd Təqi Behcətin (r.ə) vəfatının 8-ci ildönümü May ayının 19-da müqəddəs Qum şəhərinin "Əzəm" məscidində keçiriləcəkdir.

Maide.Az İran mediasına istinadən verdiyi xəbərə görə, şiələrin böyük təqlid mərcələrindən olan və Allahın saleh qulu ləqəbini almış mərhum Ayətullah üzma Məhəmməd Təqi Behcətin (r.ə) vəfatının 8-ci ildönümü May ayının 19-da Şam namazından sonra böyük təqlid mərcələrinin iştirakı və mərhumun seçilmiş şagirdlərindən olan Höccətul-İslam vəl-müslimin Kazim Siddiqi çıxışı ilə məclis keçiriləcəkdir.

Böyük ustad Ayətullahul-üzma Məhəmməd Təqi Behcət 1913-cü ildə Gilan vilayətində dünyaya göz açmışdır. Uzun və bərəkətli ömrü ərzində bu ariflər şeyxi misilsiz irs qoymuş, əxlaq və ürfan üzrə yüzlərlə dəyərli alim yetişdirmişdir. Həqiqi bəndə olmaq istəyənlər üçün Ağa Behcət hər zaman canlı nümunə olmuşdur. Onun nurlu yaşamı milyonlar üçün hidayət və təkamül vasitəsi olmuşdur.

Məhəmməd Təqi Behcət səkkiz il bundan öncə, hicri-şəmsi tarixi ilə 1388-ci il, Ordibeheşt ayının 27-də əsr vaxtı dünyasını dəyişmişdir.(Behcət cənabları 17 may 2009-cu il tarixində 96 yaşında vəfat etmişdir.)

O, hicri-qəməri tarixi ilə 1334-cü ildə Gilan əyalətinin Fumən şəhərində anadan olmuş və 16 aylıq körpə olarkən anasını itirmişdir.

14 yaşında olarkən İraqa yollanıb və dini təhsilini Nəcəfdə davam etdirib.

Nəcəfdə Ayətullah Mürtəza Taliqani, Ağa Ziya Əraqi, Naini və Şeyx Məhəmməd Hüseyn Ğərəvi kimi böyük ustadların elmi məhzərindən istifadə edib.

Mərhum Behcət (r.ə) on səkkiz yaşında ikən Əllamə Qazi Təbatəbai ilə yaxından tanış olub və böyük ustadın elm və irfanından istifadə etdikdən sonra öz vətəninə dönüb.

Qum elmi hövzəsi dair olduqdan sonra isə bu müqəddəs şəhərdə təlim və tədris ilə məşğul olmağa başlayıb. /

 

Google+ WhatsApp ok.ru