İŞİD terrorçuları 98 yaşlı Şeyxin başını kəsdilər

Rakka və ətrafında sevilən və sayılan 98 yaşlı Şeyx Məhəmməd Accan Al Hədid Sufi keçən il İŞİD terrorçuları tərəfindən həbs edilmişdi. Həbsə səbəb isə İŞİD terrorçularına beyət etməməsi idi.
 
Maide.az xəbər verir ki, həbsdən sonra Şeyxin bütün evi və malları İŞİD tərəfindən qarət edilib. Terrorçular Şeyxin azad edilməsi üçün külli miqdarda pul istəyiblər. 
 
İstəkləri yerinə yetmədikdə isə İŞİD terrorçuları cadugərlik ittihamı ilə Şeyxin başı qılıncla kəsilməsi barədə fətva çıxarıblar.
 
Xəstə və yaşlı Şeyxi əziyyət ilə Al-Nur məscidinin önünə gətirib 2 dəfə qılıncla boynuna vurmaq istəsələrdə alınmayıb. Sonda İŞİD terrorçusu bıçaq çıxararaq, Şeyxin başını kəsib və onu  qətlə yetirib.

Google+ WhatsApp ok.ru