İŞİD terrorçuları indi də Rusiyanı hədələdilər

“İslam Dövləti” (İŞİD) terror qruplaşması bu dəfə ərazisinə görə dünyanın ən böyük dövləti olan Rusiyanı hədələyib.
 
Maide.az-ın məlumatına görə, İŞİD terror qruplaşması rəhbərləri Rusiyanın bölgədəki maraqlarına qarşı çıxış edəcəklərini iddia ediblər. İŞİD-in belə bir addım atmasına səbəb kimi Suriyada Bəşər Əsədə rus hakimiyyətinin dəstəyi göstərilir.
 
İŞİD qruplaşması sosial şəbəkədə Suriya Hərbi hava Qüvvələrinin keçmiş bazasında çəkilmiş video-çarxı yayımlayıb. Videoda İŞİD silahlısı qırıcı təyyarəyə oturaraq, “Rusiyanın Əsəd üçün göndərdiyi bu təyyarələri Çeçenistan Respublikasının və Qafqazın azad olunması üçün istifadə edəcəyik” – ismarışı göndərir. 

Google+ WhatsApp ok.ru