İŞİD terrorçularının siyahısının ələ keçirildiyi bildirildi

SKY News kanalı İŞİD sıralarında döyüşən 22 min nəfərin adının yer aldığı siyahını ələ keçirdiyini bildirib. 
 
Maide.az xəbər verir ki, İŞİD üzvlərinin bütün təfərrüatlarının yer aldığı 22 min nəfərlik siyahıda təşkilat üzvlərinin ünvan, telefon nömrəsi və ailə ünsiyyət məlumatları yer alır.
 
Aralarında İngiltərənin də olduğu 51 ölkədən təşkilata qoşulanların detallarının olduğu sənədlərin İŞİD daxili təhlükəsizlik polisindən oğurlanaraq SKY News kanalına yaddaş kartı vasitəsi ilə verildiyi deyilir.
 
Ələ keçən sənədlərdə aralarında İngiltərə də olmaqla Avropa, Şimali Afrika, Kanada və ABŞ-dan adları bu günə qədər heç yerdə eşidilməmiş təşkilat üzvlərinin adların yer aldığı qeyd olunub. Siyahıda təşkilat üzvlərinin səyahət etdikləri ölkələr və təhsilləri kimi məlumatlar da yer alıb.

Google+ WhatsApp ok.ru