İŞİD terrorçuları silahdaşlarını bombaladı: 38 ölü, 15 yaralı

İŞİD terror təşkilatı Hələbin şimalındakı Cəphətuş Şamiyyə terror təşkilatının iqamətgahlarına bomba yüklü maşınla təşkil etdiyi intihar hücumlarında 38 nəfərin öldüyü, 15-nin yaralandığı bildirilir.
 
Maide.az xəbər verir ki, Cəphətuş Şamiyyənin mətbuat nümayəndəsi "Anadolu Ajans"a bildirib ki, İŞİD Hələbin şimalında Azez rayonu yaxınlığındakı Horan Klis bölgəsində yerləşən qərargahlarına bomba yüklü avtomobillə hücum təşkil edib. Hücumda 30 nəfərin öldüyünü deyib.
 
Mari rayonundakı qərargaha da İŞİD terrorçularının bomba yüklü maşınla intihar hücumu təşkil etdiyini bildirən mətbuat nümayəndəsi Salih Anadani, buradakı hücumda 2-si yüksək rütbəli komandir olmaqla 8 nəfərin öldüyünü və 15-dən çox mülki vətəndaşın yaralandığını bildirib.
 
İntihar hücumlarında yaralananlardan 7-sinin müalicə üçün Türkiyəyə aparıldığı deyilir. 
 
Türkiyəyə gətirilən 7 yaralı Öncüpınar sərhəd qapısında gözləyən 112 Təcili Xidmət briqadalarının maşınlar ilə Kilis Dövlət Xəstəxanasına aparılıb.
 
Müalicə altına alınan yalılardan vəziyyəti ağır olan 4 nəfər Qaziantep xəstəxanalarına göndərilib.

Google+ WhatsApp ok.ru