İŞİD Türkiyəyə partlayıcı yüklənmiş 22 maşın daxil edib

İŞİD terror təşkilatın Türkiyədə məscidlərdə təsirli olmağa çalışdığı və böyük şəhərlərdə bombalı aksiya keçirə biləcəyi bildirilən xəbərdarlıq siqnalından sonra təhlükəsizlik tədbirləri artırılıb. İŞİD-in əksəriyyəti kiçik həcmli yük daşınması üçün nəzərdə tutulan 22 partlayıcı yüklənmiş maşını ölkəyə daxil etdiyi bildirilir.
 
Maide.az-ın məlumatına görə, 81 vilayətin təhlükəsizlik idarəsinə göndərilən xəbərdarlıqda İŞİD-in iri şəhərlərdə aktiv fəaliyyət keçdiyi bildirilir. Təşkilatın əlində 22 partlayıcı yüklənmiş maşının olduğu bildirilir. Canlı bomba ola biləcəyi bildirilən 30 terrorçunun da artıq Türkiyədə olduğu deyilir.

Google+ WhatsApp ok.ru