İŞİD türkmənləri pusquya saldı!

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı türkmənlərə qarşı təzyiqləri bir qədər də artırıb. FaktXəbər-in məlumatına görə, İraq Türkmən Cəbhəsi İcra Təşkilatının üzvü, Ərbil millət vəkili Aydın Maruf türkmənlərin pərişan halda olduğunu söyləyib. Maruf türkmənlərin bölgədə davamlı hücumlara uğradığını deyərək, "İŞİD bir tərəfdən türkmənləri pusquya salıb öldürür, digər tərəfdən də türkmənlər bir yerdən başqa yerə getmək istəsə, hər keçid nöqtəsində nəzarət altına alınırlar. 200 xristian evlərindən dərbədər salınır, dünya ayağa qalxır. Türkmənlər həm öldürülür, həm alçaldılır. Türkiyədən başqa heç bir dövlətdən səs çıxmır. Bunu qınayırıq.
İŞİD Xanaki bölgəsində Dialedən gələnlərə tələ qurur. Hətta bir qrup türkmən Kərbəlaya gedərkən yolunu itirib. İŞİD də onlara tələ qurub hamısını öldürüb" söyləyib.

Google+ WhatsApp ok.ru