İŞİD Tunisdə baş verən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb

Tunis Daxili İşlər Nazirliyi bildirib ki, dünən - 24 noyabrda ölkənin Prezident qvardiyasına məxsus avtobus prezident Baci əs-Sebsinin çıxışından bir saat əvvəl ət-Təcəmmo əd-Dəsturi Partiyasının keçmiş qərargahı yaxınlığında partladılıb.
Maide.az xəbər verir ki, Tunis KİV-ləri hadisə qurbanlarının sayını 15 nəfər və çoxsayda yaralıların olduğunu bildirib.
Tunis prezidentinin mətbuat katibi Muez Sinavi partlayışı terror aktı adlandırıb.
Hadisə yerinə yaxın təhlükəsizlik qüvvələrindən biri isə deyib ki, avtobusda olanların əksəriyyəti həlak olub.
Press TV məlumat verib ki, Tunis parlamentinin sədri Mohəmməd ən-Naser isə bu terror aktının araşdırılması üçün parlamentin təcili iclasının çağırıldığını qeyd edib.
İŞİD Tunisdə baş verən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb./
 

Google+ WhatsApp ok.ru