Dövlət xidməti ehtiyatda olan zabitlərin çağırışı barədə

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidməti ehtiyatda olan zabitlərin çağırışını elan etməyib.
 
Qanunvericiliyə müvafiq olaraq hərbi çağırışın müddəti və vaxtı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.
 
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin mətbuat xidmətinin nümayəndəsi Turac Məmmədova haqqin.az-a bildirib.
 
Onun sözlərinə görə, Müdafiə Nazirliyi tərəfindən çağırış üçün sifariş verilməyib, və bütün bu qəbildən olan məlumatlar sadəcə şayiədir.
 
“Rəsmi bəyan edirik ki, Dövlət xidməti ehtiyatda olan hərbçilərin çağırışına başlamayıb, amma əgər bizə sifariş gələrsə hərbçilərin hərbi təlimlərə, yoxlamaya və xüsusi toplanışlara çağırışını həyata keçirməyə hazırıq”, - o deyib.
 
Xatırladaq ki, bu yaxınlarda bir sıra KİV Azərbaycanda ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırışı elan edilməsi barədə məlumat yayıblar.
 
Qeyd edək ki, internetdə açıq mənbələrə müvafiq olaraq Azərbaycan ordusunun sayı 56 850 nəfərdir (2013), SQ ümumi ehtiyat sayı isə 300 000 nəfərdir.
 
Eləcə də qanunvericiliyə müvafiq olaraq hərbçilərin səfərbərlik vəziyyətini yoxlanılması, hərbi-təlim toplanışı ilə əlaqədar 10 gün müddətinə hərbi-yoxlama toplanışına cəlb edilə bilərlər.
 
Ehtiyatda olan hərbçilərin çağırışı mütəmadi olaraq hərbi hazırlığın mükəmməlləşdirilməsi üçün həyata keçirilir.

Google+ WhatsApp ok.ru